Elmar Vəliyev Ferhat Göçeri yenidən Gəncəyə gətirdi - EKSKLÜZİV

Elmar Vəliyev Ferhat Göçeri yenidən Gəncəyə gətirdi - EKSKLÜZİV
  28 Dekabr 2013    Oxunub:1376
Ferhat Göçerlə Aygün Kazımova birgə konsert verəcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ilə Türkiyənin məşhur müğənnisi Ferhat Göçer yenidən Gəncəyə gəlir.

Bunu AzVision.az-a açıqlamasında Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev deyib. O, bildirib ki, bu Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi ilə bağlı icra başçısı Elmar Vəliyevin gənclərə hədiyyəsidir.

“Konsert sabah axşam saat 5-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev adına Meydanda təşkil olunacaq. Konsertdə 200 mindən çox insanın iştirak edəcəyi gözlənilir”-deyə, N.Həmzəyev qeyd edib.

Eyni zamanda konsertdə türkiyəli müğənni ilə yanaşı, Xalq artisti Aygün Kazımova da çıxış edəcək.

Qeyd edək ki, Ferhat Göçer may ayında Gəncədə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konsert vermişdi.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti