Bakıda mağazadan 11 minlik oğurluq edildi

Bakıda mağazadan 11 minlik oğurluq edildi
  17 Mart 2020    Oxunub:2258
Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun və H.Dadaşzadənin ətraflarında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin və Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayonların ərazisindəki dörd mağazadan ümumilikdə 2530 manat pul, 3 ədəd mobil telefon və 300 manat dəyərində maqnitofon oğurlamaları da müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 14-də Nəsimi rayonundakı mağazaların birindən 11 450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Sultanov və R.Ağarəşidov rayon polis idarəsinin 22-ci polis şöbəsi əməkdaşları tərəfindən yaxalanıblar.

Faktlarla bağlı araşdırmalar davam edir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti