`İTV-də işləmək çətin olmayacaq`

`İTV-də işləmək çətin olmayacaq`
  28 Dekabr 2013    Oxunub:1120
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq əməkdaşı Teymur Abdullayev İctimai Televiziyada yeni vəzifəsinin təsdiq olunması ilə bağlı sevincini AzVision.az-la bölüşüb: “Təbrikləriniz üçün çox sağ olun. Düşünmürəm ki, bundan sonra bir çətinliyim olsun. Əvvəllərdə mətbuatda fəaliyyət göstərmişəm. Müxtəlif qəzetlərdə, agentliklərdə işləmişəm. Eyni zamanda, `Space` də işləmişəm. Artıq bir neçə gündür işə başlamışam`.

Qeyd edək ki, Teymur Abdullayev İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti