Bakıda mebel sexi yanıb

Bakıda mebel sexi yanıb
  18 Mart 2020    Oxunub:1707
Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 1300 m2 olan ikimərtəbəli mebel sexinin ikinci mərtəbəsinin yanar konstruksiyaları 400 m2 sahədə, içərisində olan 12 ədəd dəzgah və taxta lövhələri 60 m2 sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti