Zakir Həsənov 2 generalı sərəncama göndərdi

Zakir Həsənov 2 generalı sərəncama göndərdi
  28 Dekabr 2013    Oxunub:3677
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov nazirlikdə növbəti kadr dəyişiklikləri həyata keçirib
. AzVision.az-a bu barədə hərbi-ekspert Üzeyir Cəfərov məlumat verib. O, bildirib ki, Türkiyədən rəsmi səfərdən qayıdan kimi, nazirin əmri ilə daha 2 general sərəncama göndərilib:

“Onların yerinə isə Naxçıvan Əlahiddə Qoşun Birləşməsindən idarə rəisi kimi polkovnik-leytenant Anar Eminov və Bakı ətrafındakı hərbi hissələrdən birinin komandiri olmuş polkovnik Zahid Hüseynov təyinat alıblar. Hesab edirəm ki, qoşun komandanı kimi Zahid Hüseynovun təyinatı çox uğurlu təyinatdır. Təcrübəli, döyüş yolu keçmiş bir zabitdir. Amma, başqa bir döyüş yolu keçmiş, bu yaxınlara kimi TTM-nin rəisi olmuş polkovnik Şəmsəddin Abuşevin isə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aşağı vəzifəyə təyin edilməsi heç cürə başa düşülən deyil”-deyə, Ü.Cəfərov əlavə edib.


Teqlər:  





Xəbər lenti