Həbsxanada daha bir qanunsuzluq

Həbsxanada daha bir qanunsuzluq
  28 Dekabr 2013    Oxunub:876
Bakıdakı 3 saylı İstintaq təcridxanası və 8 saylı cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşyalar aşkar olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, dekabrın 27-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Əflatun Ələkbər oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilib.

Baxış zamanı kameranın sanitar qovşağının divarındakı gizli saxlanc yerindən 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Əflatun Bağırov Cinayət Məcəlləsinin 237.1 (Qanunsuz olaraq narkotik xassəli bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Bu gün, dekabrın 28-də isə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Rüfət Yaşar oğlu Rüstəmliyə məxsus, məhkumlar üçün nəzərdə tutulmuş soyuducuda plastik qabda ərzaq məhsulu - "Şorun" içərisində gizlətdiyi 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Rüfət Rüstəmli Cinayət Məcəlləsinin 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)və 181.2.5 (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə)maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti