Silsilə oğurluq edən şəxs saxlanılıb

Silsilə oğurluq edən şəxs saxlanılıb
  18 Mart 2020    Oxunub:1476
Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17 və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2 900 manat oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2 000 manat, 1 700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti