Gözətçini bıçaqla hədələyib pulunu aldı

Gözətçini bıçaqla hədələyib pulunu aldı
  18 Mart 2020    Oxunub:1987
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə martın 17-də rayon ərazisindəki MTK-ların birinin gözətçi otağına gəlmiş bir nəfərin gözətçi, Abşeron rayon sakini T.Fərəcovu bıçaqla hədələyərək 100 manatını alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Axundov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti