Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu
  18 Mart 2020    Oxunub:1759
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Tixtov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin, Hövsan qəsəbəsindəki evindən isə 450 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti