ABŞ konqresmenlərindən İlham Əliyevə təbrik məktubu

ABŞ konqresmenlərindən İlham Əliyevə təbrik məktubu
  28 Dekabr 2013    Oxunub:904
Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmenlərindən.
Amerika Birləşmiş Ştatlarının bir qrup yüksək vəzifəli rəsmisi – senatorlar Mark Pryor, Meri Key Peypn, konqresmenlər Bill Şuster, Dok Hastinqs, Havay ştatı Nümayəndələr Palatasının üzvü Rida T.R.Kabanilla, Nyu-York Assambleyasının üzvü Alek Bruk-Krasni, Tennesi ştatı Memfis Şəhər Şurasının sədri Mayron Loveri və Tulsa şəhərinin meri Susan Savac Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab Prezident. Fürsətdən istifadə edərək, biz də ad gününüz münasibətilə Sizə ünvanlanan təbriklərə qoşuluruq. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımızı çatdırır, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa sədaqətiniz üçün təşəkkür etmək istəyirik. Sizin səyləriniz və şəxsi töhfəniz Birləşmiş Ştatlarda çox yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında ölkələrimiz arasındakı əlaqələr daha da güclənib.

Prezidentliyinizin yeni dövründə də ABŞ ilə Azərbaycan arasında mühüm əlaqələri genişləndirmək üçün Sizinlə birgə işləməyə hazırıq”.


Teqlər:  





Xəbər lenti