Evdə köməksiz qalan azyaşlı xilas edilib

  19 Mart 2020    Oxunub : 1051
Evdə köməksiz qalan azyaşlı xilas edilib
Bakı şəhərinin Xətai rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN