Baş Prokurorluqdan Yeni İl təbriki
Əziz və hörmətli Dostlar!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Baş Prokurorluğun Mətbuat xidmətinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli, eyni zamanda çətin peşənizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Ümidvaram ki, növbəti ildə də əvvəlki dövrlərdə olduğu kimi səmərəli fəaliyyət göstərəcək, ictimaiyyətin informasiya ehtiyaclarının təmin olunması yolunda bütün güc və bacarığınızı sərf edəcəksiniz. Bu yolda Sizlərə uğurlar diləyirəm.
Dərin hörmətlə,
Eldar Sultanov