4 mağazadan oğurluq edən şəxs tutuldu

  20 Mart 2020    Oxunub : 1500
4 mağazadan oğurluq edən şəxs tutuldu
Müxtəlif vaxtlarda 4 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kriminalistik Tədqiqatlar İdarəsi, Xəzər RPİ 1-ci PŞ və 3-cü PB, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda XəzərSuraxanı rayonları ərazilərində 4 mağazadan pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cİnayət