Qazaxda zəncirvari qəza olub

Qazaxda zəncirvari qəza olub
  21 Mart 2020    Oxunub:2373
Qazax rayonunda “Mercedes” markalı mikroavtobus, “Toyota” və “VAZ” markalı minik avtomobilləri toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti