Yerə yaxınlaşan asteroidin fotoları yayımlandı

   Yerə yaxınlaşan asteroidin fotoları yayımlandı
  21 Mart 2020    Oxunub:3714
"Virtual Teleskop Layihəsində" iştirak edən astronomlar tərəfindən çəkilən nəhəng asteroid (52768) 1998 OR2-nin fotoları yayımlanıb.
Azvision.az xəbər verir ki, 180 saniyəlik ekspozisiya nəticəsində əldə edilən görüntülərdə göy cismi ulduzların fonunda hərəkət edən parlaq nöqtə kimi görünür.

Diametri 1.8-4.1 km olan asteroid 29 aprel Moskva vaxtı ilə 12:56-da yerdən 6.3 milyon km məsafədə uçacaq. O, yaxınlaşan zaman Yerdən Aya nisbətən 16 dəfə uzaq olacaq.

Asteroidin orbiti Yer və Marsın orbitləri arasında yerləşir, onun planetimizə növbəti yaxınlaşması 18 may 2031-ci ildə baş verəcək.

Onda NASA mütəxəssislərinin fikrincə, astroid təxminən 19 milyon km məsafəyə, 2048 və 2062-ci illərdə isə daha böyük məsafəyə uçacaq, ancaq 16 aprel 2079-cu ildə Yerə 1.8 milyon km yaxınlaşacaq.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Asteroid  





Xəbər lenti