Bakıda marketdən 200 minlik ərzaq oğurlandı

  Bakıda marketdən 200 minlik ərzaq oğurlandı
  21 Mart 2020    Oxunub:2810
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərmiş oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200.000 manat dəyərində ərzaq məhsulları oğurlaması müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti