Keçmiş məhkumdan 2 kq-dan çox narkotik götürüldü

Keçmiş məhkumdan 2 kq-dan çox narkotik götürüldü
  21 Mart 2020    Oxunub:1789
Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Nurullayevdən 14 qramdan artıq tiryək, 10 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə N.Nurullayevin evindən isə əlavə olaraq 1 kiloqramdan artıq tiryək, 29 qrama yaxın heroin, metamfetamin və 896 qrama yaxın marixuana götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti