Bakıda keçmiş məhkum güllələndi

Bakıda keçmiş məhkum güllələndi
  21 Mart 2020    Oxunub:3582
Martın 20-də Xəzər rayonunun Şağan qəsəbə sakini Q.Teymurovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Sultanzadə saxlanılıb. Cinayəti törədərkən istifadə etdiyi “Özkanarms” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti