Qubada iki avtomobil toqquşdu

Qubada iki avtomobil toqquşdu
  21 Mart 2020    Oxunub:1824
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonunun Zərdabi qəsəbəsində "NAZ" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "NAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti