Türkiyə-Azərbaycan Dərnəyinin yeni binasının açılışı oldu
İstanbulun Kadıköy rayonunun mərkəzində yerləşən yeni binanın açılışını bildirən qırmızı lenti Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Türkiyənin millət vəkili Əli Özgündüz və İSTAD-ın sədri Səfər Qaraqoyunlu kəsiblər.
Açılış mərasimində çıxış edən Həsən Zeynalov İSTAD-ın İstanbulda Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Azərbaycanla bağlı digər tədbirlərin təşkil olunmasında fəal rolunu yüksək qiymətləndirib, dərnəyin çoxsaylı üzvlərinə uğurlar arzulayıb, Türkiyədə yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Qafar Əliyev və Əli Özgündüz Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində iki qardaş ölkənin diaspor təşkilatları arasında həmrəyliyin güclənməsindən, həyata keçirilən birgə tədbirlərdən ətraflı bəhs ediblər.
Tədbirin sonunda incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdi və ziyafət verildi.
Teqlər: