“Qazinin ölümü bizi çox kədərləndirdi” –YAP-çı deputatlar

“Qazinin ölümü bizi çox kədərləndirdi” –YAP-çı deputatlar
  29 Dekabr 2013    Oxunub:848
Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri özünü yandıran Qarabağ veteranı Zaur Həsənovun ölümü ilə bağlı başsağlığı verib.

AzVision.az-ınməlumatına görə, YAP-ın Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Zaur Həsənovun ölümünə kədərləndiyini deyib.

“Qarabağ müharibəsi iştirakçısı və əlili Zaur Həsənovun vəfatı xəbərinə çox kədərləndim. Allah rəhmət eləsin. Bu hadisədən sarsılan hər kəsə və ailəsinə başsağlığı verirəm”.

Hakim partiyanın digər təmsilçisi Mübariz Qurbanlı da Zaur Həsənovun ailəsinə başsağlığı verib.

“Qarabag müharibəsi əlili Zaur Həsənovun vəfatı xəbəri məni çox kədərləndirdi. Ailəsinə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

A.RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti