Müəllimlər institutunda ciddi yoxlamalar aparılacaq

Müəllimlər institutunda ciddi yoxlamalar aparılacaq
  29 Dekabr 2013    Oxunub:880
“Müəllimlər İnstitutunun Gəncədəki filialına nöqsanlarla bağlı dəfələrlə xəbərdarlıq edilsə də, buna baxan olmadı. Ona görə də sonda belə bir nəticə əldə olundu. Orada olan bir çox nöqsanlardan var idi. Biz ona vaxt vermişdik, amma nəticə çıxarmadı. Yəqin orda olan nöqsanlara görə, həmin şəxsə cinayət işi açılacaq”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, millət vəkili Aqiyə Naxçıvanlı institutun Gəncə filialında qeydə alınan nöqsanlardan danışarkən bildirib.

Millət vəkili qeyd edib ki, yeni ildən etibarən Gəncə ilə yanaşı institutun digər filiallarında da yoxlamalar aparılacaq.

AMİ-nin rektoru onu da əlavə edib ki, institutun filiallarında qış imtahanlarının şəffaf keçirilməsi üçün yoxlamalara başlanılıb.

“İmtahanların obyektiv keçirilməsi üçün hər il belə yoxlamalar aparılır”-deyə, millət vəkili qeyd edib.

Eyni zamanda Təhsil Nazirliyindən AMİ-nin digər filiallarında yoxlamalar aparılması ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, təhsil müəssisələrində aparılan yoxlamalar və onların nəticələrinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi AMİ-nin Gəncə filialında yoxlamalar aparıb və təhsil müəssisinin direktoru Ramiz Məmmədov pozuntu hallarına yol verdiyinə görə nazir Mikayıl Cabbarovun müvafiq əmri ilə vəzifəsindən azad edilib. AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanan materiallar Respublika Baş Prokurorluğuna göndərilib
.
Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti