İki ayın əsgəri dünyasını dəyişdi

İki ayın əsgəri dünyasını dəyişdi
  29 Dekabr 2013    Oxunub:971
Daxili Qoşunların əsgəri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 18 yaşlı Rəhman Tacik oğlu Mirməmmədov hərbi hissənin ərazisində təmizlik işləri apararkən qəflətən yıxılıb. Təcilli yardım ilə xəstəxanaya aparılan əsgər yolda dünyasını dəyişib.

Əsgərin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Mirməmmədov bu ilin oktyabrında Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti