“Azəriqaz” qanunsuz qoşulmanın qarşısını aldı - FOTO
Belə durumlarda cüzi qaz sızması belə sizin həyatınız üçün ciddi təhlükə yarada bilər. Qazdan yalnız normal şəkildə, Birliklə bağlanılan müqavilə əsasında abonent statusu aldıqdan, fərdi yaşayış evi və ya mənzildə sayğac quraşdırıldıqdan sonra istifadə etmək lazımdır. Bu fakt üzrə “Azəriqaz” İstehsalat Birliyi dərhal tədbirlər görməklə növbəti dəfə qanunsuz qoşulmanı ləğv edib. İnanırıq ki, haqqında danışılan vətəndaş bu hərəkətini bir daha təkrarlamayacaq.
Daha bir fakt isə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Gecə reydləri zamanı məlum olub ki, qəsəbə sakini qaz xəttinin altına dirək yaradırmış kimi daşlar düzərək manevr edib. Əslində o, həmin daşların hamısının içərisini yonaraq nazik rezin boru ilə qazı oğurlamaqla məşğul olub. Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin dəstəyi ilə artıq qanunsuz qoşulmalara dair birgə reydlər keçirilir. Yəni bu cür qanunsuz hərəkətlərə yol verənlər barədə ciddi tədbirlərin görüləcəyi qaçılmazdır.
Azvision.az
Teqlər: Azəriqaz