YAP rəsmiləri Zaur Həsənovun dəfninə qatılacaq

YAP rəsmiləri Zaur Həsənovun dəfninə qatılacaq
  29 Dekabr 2013    Oxunub:1190
Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq.
Bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Zaur Həsənovun ölümündən kədərləndik. Bütün insanlar kimi dəfn mərasiminə biz də qatılacağıq”-deyə, S.Novruzov əlavə edib.

YAP-ın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də dəfn mərasiminə qatılacağını qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O saat 22.10 radələrində dünyasını dəyişib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti