Polis sürücülərə tibbi spirt və maska payladı - FOTOLAR
Aksiya çərçivəsində ümumilikdə 300-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb. Eyni zamanda bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir. Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.
Rayon sakinləri və sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.
Azvision.az
Teqlər: DİN