Yardımlı sakinini döyüb havaya atəş açan şəxs tutuldu

Yardımlı sakinini döyüb havaya atəş açan şəxs tutuldu
  24 Mart 2020    Oxunub:1685
Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini T.Cəfərov xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döyüb və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və ondan hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti