Hacıqabulda ötən il törədilən oğurluğun üstü açıldı

Hacıqabulda ötən il törədilən oğurluğun üstü açıldı
  24 Mart 2020    Oxunub:1769
Ötən ilin oktyabr ayında Hacıqabul rayon sakini Yusif Əhmədov Hacıqabul Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus konteynerdən ümumi dəyəri 3 000 manat olan paltarların naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq tədbirlər görülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilən, 1990-cı il təvəllüdlü Şəhriyar Xakipur saxlanılıb və daha bir nəfərin isə kimliyi müəyyən edilib.

Paltarların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti