Müsavatdan AXCP və “El”-ə sərt CAVAB

Müsavatdan AXCP və “El”-ə sərt CAVAB
  29 Dekabr 2013    Oxunub:897
“Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən istefasını düzgün addım hesab edirik. Amma kimlərinsə buna görə Müsavatı günahlandırması düzgün deyil. Çünki Müsavat Partiyası Rüstəm İbrahimbəyov qarşısında belə bir şərt qoymayıb”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

Partiya rəsmisi AXCP və “El” təmsilçilərini sosial şəbəkələrdə Müsavat qarşı başlatdığı etiraz kampaniyalara görə qınayıb.

“Onların fikirlərindən belə çıxır ki, Rüstəm İbrahimbəyov kiminə, hansısa partiyanın istəyi ilə öz qərarlarını tez-tez dəyişə bilən adam təəssüratı yaradırlar. Rüstəm İbrahimbəyov kifayət qədər yetkin insandır, öz addımlarını özü atır və məsuliyyəti də özü daşıyır. Onun fəxri sədrlikdən istefasını düzgün addım hesab edirəm. amma kimlərinsə buna görə Müsavatı günahlandırması düzgün deyil. Çünki Müsavat Partiyası Rüstəm İbrahimbəyov qarşısında belə bir şərt qoymayıb”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti