Avtomobildən narkotik tapıldı

  24 Mart 2020    Oxunub : 1432
Avtomobildən narkotik tapıldı
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avtomobilə baxış zamanı oradan 970 qram heroin və 570 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN