Qızıl oğrusundan narkotik götürüldü

  24 Mart 2020    Oxunub : 1167
Qızıl oğrusundan narkotik götürüldü
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Alar kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsirovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin, evindən isə 460 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN