Bakıda hava tutqun və dumanlı olacaq

Bakıda hava tutqun və dumanlı olacaq
  29 Dekabr 2013    Oxunub:906
Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə 13-18 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə şaxta olacaq.


Teqlər:  





Xəbər lenti