Özünü yandıran şəxs sərxoş olub - Rəsmi AÇIQLAMA

Özünü yandıran şəxs sərxoş olub - Rəsmi AÇIQLAMA
  29 Dekabr 2013    Oxunub:954
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərovun Bakıda özünü yandırması faktı ilə bağlı birgə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.

5 saylı şəhər Xəstəxanasına yerləşdirilmiş A.Ələkbərovun vəziyyəti orta-ağırdır. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.




Teqlər:  





Xəbər lenti