13 mindən çox əlil müayinədən keçməkdən imtina etdi

13 mindən çox əlil müayinədən keçməkdən imtina etdi
  29 Dekabr 2013    Oxunub:940
İlkin tibbi-sosial ekspertiza müayinələrinin araşdırılması işləri başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün nazirlikdə ilkin əlillik müayinələri ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair brifinq keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov brifinqdə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ilkin əlillik qrupları təyin olunmuş onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə, ümumilikdə 2300 nəfərə yaxın şəxsə əlillik arayışlarının verilməsi qısa müddətdə təmin olunub.

Növbəti mərhələ kimi, ölkə üzrə ümumilikdə 17 min nəfərdən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələri ilə bağlı aparılmış işlərin yerindəcə araşdırılması, əyani müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmrinə əsasən 8 işçi qrupu yaradılıb.

İşçi qrupları tərəfindən 15 gün ərzində aparılan araşdırmalar 25 dekabr 2013-cü il tarixdə başa çatdırılıb. Araşdırmalar zamanı respublika üzrə 16850 nəfərin ilkin əlillik sənədlərindən 3653 nəfərinin sənədləri qiyabi şəkildə yoxlanılaraq təsdiq edilib, 11729 nəfərin ilkin əlillik sənədləri isə həmin şəxslərin əyani müayinəsi aparılmaqla yoxlanılıb.

Əyani müayinəsi aparılmış vətəndaşlardan 753 nəfəri (6,4 faizi) barədə əlavə müalicə müəyyən olunub, qalan 10976 nəfərdən 1023 nəfəri (9,3 faizi) tam reabilitasiya, 905 nəfəri (8,2 faizi) isə hissəvi reabilitasiya olunub. Əyani müayinəyə dəvət edilib 13197 nəfərdən 1468 nəfəri (11,1 faizi) müayinəyə gəlməyib.

Beləliklə, araşdırmaların nəticəsi olaraq, işçi qrupları tərəfindən 13606 nəfərə ilkin əlillik təyin edilib və bu gündən başlayaraq həmin şəxslərə müvafiq müayinə aktından çıxarışlar təqdim olunur.

Əlillik müayinələrinin aparılmasında şəffaflığın təmin olunması işləri bundan sonra da davam etdiriləcəkdir.

Brifinqdə jurnalisitlərin mövzu ilə bağlı sualları cavablandırılıb.


Teqlər:





Xəbər lenti