İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, sosial aksiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinın həyata keçirilməsində kömək göstəriləcək. Belə ki, ölkə daxilindəki səhiyyə müəssisələrinə tibbi ləvazimatların və materialların vaxtında çatdırılması, habelə koronavirusla mübarizə sahəsində fəaliyyət göstərənlərə dəstək məqsədilə “Azərmaş” ASC tərəfindən 100 avtomobil və sürücü ayrılıb.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri də sosial layihəyə zəruri dəstək göstərəcəklər. Könüllülər tibbi ləvazimatların və materialların çatdırılmasına, habelə əsas tibbi heyətə yardımçı işlərdə kömək edəcəklər. Sürücülər və könüllülər zəruri qoruyucu vasitələrlə təmin olunacaqlar.
Azvision.az