Bakı-Şamaxı yolundakı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Şamaxı yolundakı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
  29 Dekabr 2013    Oxunub:1295
Daxili İşlər Nazirliyi Bakı-Şamaxı yolunda 7 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, məlumata görə, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.

N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi açılıb.


Teqlər:





Xəbər lenti