Bu gün 20 dərəcə isti olacaq

Bu gün 20 dərəcə isti olacaq
  26 Mart 2020    Oxunub:1691
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti