DSMF sədri 22 işçini cəzalandırdı
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-cü il ərzində bu sahədəki vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb.
Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq əmri ilə Fondun sədrinin, sədr müavinlərinin, aparatın rəhbərinin, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub.
Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində "sual-cavab" bölməsi və Fondun Aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi" fəaliyyətini davam etdirir. Eyni zamanda elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür.
Sevinc







Vaxtında, Aydın, Lazımlı!


