Rövnəq Abdullayev işdən çıxarılanlara pul verəcək

Rövnəq Abdullayev işdən çıxarılanlara pul verəcək
  29 Dekabr 2013    Oxunub:1697
Dövlət Neft Şirkkətindən çıxarılacaq işçilərin işlə təmin edilməsi mümkün olmadıqda onlara əmək haqqının 5 misli məbləğində kompensasiyalar ödəniləcək.

Bu barədə AzVision.az-a ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şirkət prezidenti Rövnəq Abdullayevin müvafiq əmrləri ilə gələn ilin yanvar ayının 1-dən etibarən ARDNŞ-nin “Kompleks qazma işləri” trestinin, Neft kəmərləri İdarəsinin və Geofizika və geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatların yenidən təşkil olunması qərara alınıb.

ARDNŞ-də ediləcək struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir. Dəyişikliklərə əsasən, həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaqdır ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq və idarəetmə prosesləri sadələşəcək.

Qurumdan həmçinin bildirilib ki, struktur dəyişiklikləri nəticəsində istehsalatda çalışan işçilərin ixtisara salınması nəzərdə tutulmur. Yalnız mühəndis-texniki heyətin tərkibində bir-birini təkralayan vəzifələr üzrə çalışan şəxslərin Şirkətdə müvafiq işlə təmin edilməsi mümkün olmadıqda onlara, ARDNŞ-də artıq bir neçə ildir ki, tətbiq olunan və Azərbaycan Respublikası Neft Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Təşkilatları ilə razılaşdırılmış qaydada əmək haqqının 5 (beş) misli məbləğində kompensasiyalar ödəniləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti