İcra hakimiyyətindən “yolka” AÇIQLAMASI

İcra hakimiyyətindən “yolka” AÇIQLAMASI
  29 Dekabr 2013    Oxunub:1271
Bu gün Sumqayıtda icra başçısı Eldar Əzizovun iştirakı ilə keçirilən konsert proqramı zamanı maraqlı hadisə baş verib. Belə ki, konsert zamanı bir nəfər şəhər sakini bayram şənlikləri üçün ucaldılan şam ağacına çıxaraq icra başçısına etiraz edib. Sosial şəbəkələrdə hətta həmin şəxsin fotoları da yayılıb.

Hadisə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışdıq. İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev AzVision.az-a açıqlamasında yayılan xəbərlərin əvvəlcə doğru olmadığını desə də, hadisəni əks etdirən şəkillərin mətbuatda yayılmasını biləndən sonra fikrini dəyişərək məlumatı dəqiqləşdirəcəyini deyib.

“Belə bir hadisə olmayıb, yalandır. Mənim bu barədə məlumatım yoxdur. Dəqiqləşdirəndən sonra sizə bir xəbər deyə bilərəm”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti