İTV-nin hesabatı Milli Məclisə təqdim ediləcək
Həm “Aqrolizinq” ASC-nin Şəki rayon Aqroservis filialının, həm də Şəki Regional Logistik Bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi nöqsanlara yol verilməklə dövlətə külli miqdarda zərərin vurulması ehtimalı nəzərə alınaraq yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi barədə kollegiya tərəfindən qərar qəbul edilib.
Kollegiya iclasında Hesablama Palatasının 2014-cü il üçün İş planı ilə bağlı məsələyə də baxılıb, müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla Palatanın növbəti il üçün İş planı da təsdiq edilib.
AzVision.az