Bakıda iki yük avtomobili toqquşub

  27 Mart 2020    Oxunub : 848
Bakıda iki yük avtomobili toqquşub
Bakı şəhərinin Səbail rayonunda “Mercedes” və “MAN” markalı iki yük avtomobili toqquşub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza