Bakıya giriş qadağasını pozan sürücü saxlanıldı

Bakıya giriş qadağasını pozan sürücü saxlanıldı
  27 Mart 2020    Oxunub:2753
Martın 25-də saat 23.00 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı-Qazax yolunun 65-ci km-də təyin olunmuş postda Masallı rayon sakini V.Qəmbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb yüksək sürətlə hərəkətini davam edib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılaraq sürücüsü ilə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

V.Qəmbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Azvision.az



Teqlər: DİN   Polis   Cərimə  





Xəbər lenti