Rauf Babayev son mənzilə yola salındı

 Rauf Babayev son mənzilə yola salındı
  27 Mart 2020    Oxunub:3700
Azərbaycanın Xalq artisti Rauf Babayev İkinci Fəxri xiyabanda dəfn olunub.
Azvision.az xəbər verir ki, "Qaya" Dövlət Ansamblının bədii rəhbəri olmuş R.Babayevin dəfn mərasimində ailə üzvləri, yaxınları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti Rauf Babayev 82 yaşında dünyasını dəyişib. O, 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb.

Azvision.az


Teqlər: Xalq-artisti   Rauf-Babayev  





Xəbər lenti