“Qarabağ qaziləri Prezidentin ətrafındadırlar”

“Qarabağ qaziləri Prezidentin ətrafındadırlar”
  30 Dekabr 2013    Oxunub:915
Əli Əhmədov: Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər.

Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün II qrup Qarabağ əlili Zaur Həsənovun dəfn mərasimində iştirak edən Azərbaycan Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu nə siyasi əxlaq çərçivəsinə, nə də insani əxlaq çərçivəsinə sığır. Buna görə də, əlbəttə, bunu pisləmək lazımdır: "Biz çox təəssüf edirik ki, belə bir faciə baş verib. Başsağlığı veririk, Allahdan səbr diləyirik. Eyni zamanda, biz hamımız birlikdə çalışmalıyıq ki, bundan kimlərsə özlərinin çirkin məqsədləri üçün istifadə etməsinlər.

Biz Qarabağ qaziləri ilə görüşdük, onlar Prezidentin ətrafındadırlar, Prezidenti, hökuməti, dövləti müdafiə edirlər və güman edirəm ki, onlar bir insanın faciəsindən kimlərinsə öz siyasi və çirkin məqsədləri üçün istifadə etməsinə imkan verməzlər".


Teqlər:  





Xəbər lenti