Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
RPŞ-nin DYP bölməsinin inspektorları tərəfindən elan edilmiş xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.
Azvision.az