Köçkünlərin yaşadığı yataqxanada yanğın

Köçkünlərin yaşadığı yataqxanada yanğın
  29 Mart 2020    Oxunub:2655
Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdıqları dördmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində binanın birinci mərtəbəsində, ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzildə ev əşyalarının bir hissəsi yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın  





Xəbər lenti