Sabunçuda ağır qəza: Ölən və yaralılar var

  30 Mart 2020    Oxunub : 1806
 Sabunçuda ağır qəza: Ölən və yaralılar var
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu rayonunun ərazisində, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən, E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub. Nəticədə “Mercedes”dəki sərnişinlərdən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza