Bakıda daha bir evdən meyit tapılıb

  30 Mart 2020    Oxunub : 1884
Bakıda daha bir evdən meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Dadaşov Yaqub Baba oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Meyit