KXCP rəhbərliyi Müsavatı qınadı

KXCP rəhbərliyi Müsavatı qınadı
  30 Dekabr 2013    Oxunub:1077
“Hər halda bütün məsələlər hər bir siyasi təşkilatın ali orqanında müzakirə olunur və qərar verilir. Qərar veriləndən sonra ictimaiyyət bununla bağlı məlumatlandırılır”.
Bunu AzVision.az-a açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu təmsil etdiyi partiyanın Milli Şuradan çıxacağı haqda deyilənlərə münasibət bildirərkən deyib.

X.Teyyublu hazırda hansısa partiyanın Milli Şuradan çıxmasına ehtiyac olmadığını deyib.

“Hamı çalışır ki, Milli Şura daha da möhkəmlənsin. Bu gün pis-yaxşı müxtəlif təşkilatların bu qurumda təmsil olunması müsbət haldır. Düşünmürəm ki, hansısa siyasi təşkilat Milli Şuradan çıxsın”.

Müsavat Partiyasının əməkdaşlıq təklifinə gəlincə isə X.Teyyublu deyib ki, bu məsələ hələ də müzakirə olunur: “Partiyada bu təklif qiymətləndirilir, müzakirələr gedir. Qərar qəbul olunandna sonra bu barədə mətbuata məluamt veriləcək”.

Qeyd edək ki, son günlər Müsavat funksionerlərinin Milli Şuradan çıxacağı haqda səsləndirdiyi fikirlər şura üzvlərinin qınağına səbəb olub.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti